Məni bir vəfasız bu günə salıb
Belimi sındırıb həmin vəfasız
Bu gün xətt çəkirəm onun üstündən
Nə mən günahkaram nə mən vəfasız
Götür o bloknot, o qələm, o sən
İki sinonim yaz; sevgi və zülüm
Niyə mənim üçün yazılan ömrü
Sənin üçün yaşayım, sənin üçün ölüm?
Get, bir də meydimin üstə gələrsən
Deyərsən sevmişəm bunu bir vaxtı
Bilmirəm kim məni yoldan çıxardı
Yarıda buraxdım mən bu bədbəxti
Gedirsən get, götür şəkilləri də
Köhnə servantımızın alt gözündədi
Üzümə çəpəki baxma, vicdansız
Təqsir məndə deyil, təqsir səndədi
Təqsir səndədir ki, nəfsinə uyub
İçini içimnən məhv eləmisən
Səni dünya qədər sevsəm də gəlmə
Çünki dünya boyda səhv eləmisən
Səni görən günə bir daş düşəydi
Ölürdüm gözünə baxmaqdan ötrü
Heyif, çox heyif ki illər itirdim
Qədrimi bilməyən axmaqdan ötrü
İndi sənsiz qalan ruhum sürünür
Əzəldən heç səni sevməzdim gərək
Getmisən, amma ki yerin görünür
Ağappaq köynəkdə tut ləkəsi tək
“Tut Ləkəsi” - Rüfət Nasosnu
patch …darling gfasgd :D
^.^